Əsas məzmuna keç

Nümayəndələr Palatası Rusiyaya qarşı daha sərt sanksiyalar qanun layihəsinə “HƏ” deyib

Rusiya üçün daha bir sərt addım: ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib. Tezadlar.az Haber- Türk-ə istinadla xəbər verir ki, sentyabrın 16-da keçirilən səsvermə nəticəsində layihə 262 lehinə, 159 əleyhinə səslə təsdiqlənib.

Qeyd edək ki, qanun layihəsi daha əvvəl Senat tərəfindən təsdiqlənmişdi. Qanun layihəsi Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini, o cümlədən ölkənin enerji sektoruna və neft daşıyan “kölgə donanmasına” qarşı tədbirlərin sərtləşdirilməsini nəzərdə tutur. Sənədin qanuna çevrilməsi üçün ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanması tələb olunur.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…