Nuridə Allahyarova “Yeni Klinika”dakı vəzifəsindən ayrılıb.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Nuridə xanım öz sosial media hesabındakı paylaşımda bildirib.
“Əziz dostlar! “Yeni Klinika” ilə başlayan iki illik maraqlı yolum yekunlaşdı. Mənim üçün xoş təcrübə oldu. Faydalı olmaq üçün vəsilə olmaq şansı əldə etdim – ən böyük qazancım bu oldu. Nə zamansa hansısa həkimi qınamışamsa üzr istəyirəm – mən iki il dözdüm, onlar bir ömür boyu bu peşəni layiqincə, səbrlə daşıyırlar. Bütün həmkarlarıma mənə bu yolda şərtsiz dəstək olduqları üçün minnətdaram. TƏBİB və “Yeni Klinika” komandasına təşəkkür edirəm. Aramızda işlə bağlı umu-küsü olan media həmkarlarım da oldu, onlar da sağ olsun ki, küsülü olsaq da heç vaxt bundan sui-istifadə edib mövzunu başqa müstəvilərdə davam etmədilər. Xəstəlik qorxulu deyil – onu “Yeni Klinika”da müalicə edəcəklər. Qorxulu olan ədalətsizlikdir – onun müalicəsi yoxdur” , – deyə N.Allahyarova paylaşımında yazıb.
Xatırladaq ki, ki, Nuridə Allahyarova klinikanın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri idi.
Qeyd edək ki, Niuridə Allahyarovanın Facebook səhifəsində həmkarları onunla bağlı xoş sözlər yazıblar. Onun klinikada çalışdığı müddətdə xəstələrlə bağlı müraciətlərdə çox kömək göstərdiyini, yardımsevər olduğunu minnətdarlıqla qeyd ediblər və vəzifəsindən ayrılmasına təəssüfləndiklərini vurğulayıblar.
Məsələn, tanınmış jurnalist Taleh Şahsuvarov yazır: “Nuridə Allahyarovanın Yeni Klinikadakəı görəvindən ayrılmasına təəssüflənirəm. Özümün və atamın səhhəti ilə bağlı iki dəfə Yk-a müraciət etmişik. Hər dəfə Nuridə böyük diqqət və qayğı göstərib. Təşəkkür edirəm! ”
Rəşad Mehdiyev: “Nuridə doktor vəzifəsindən ayrıldı. Hər kəs ünvanına xoş sözlər yazır. Biz isə faktlarla danışmaq istərdik. Yeni Klinika tibb müəssisəsi ilə Gilavar Foto Klubu ictimai birliyinin iki dəfə əməkdaşlıq etdi. Başda klinikanın rəhbərliyi Barat doktor olmaqla, Nuriyyə xanım və onun peşəkar komandasının dəstəyi ilə fotoqraflar üçün “Səhhətə diqqət, çək” adlı ödənişsiz müayinə layihəsi və “Təhlükənin kulMİNAsiya nöqtəsi” layihəsinin bağlanış mərasimi, eləcə də mina qurbanlarına həsr olunan “Düyməni sıxan ayaqlar” fotosərgisi keçirildi. Yolunuz açıq olsun!”
Bəli, əsas odur ki, vəzifədən ayrılsan da öz peşəkarlığın, ədalətin, vicdanın və məsuliyyətinlə könüllərdə taxt qurmağı bacarasan! Elə Nuridə Allahyarova kimi.
Y.Məmmədli