13 Mart 2026 / 09:47

Nüşabə od püskürdü: “Budur sizin müğənnilər???”

Əməkdar artist Nüşabə Əlsəgərli efirləri su yoluna döndərmiş müğənnilərimizə əməllicə qiymət verib. O, deyib ki, oğlu Orxanın toyuna Türkiyədən heç bir müğənnini dəvət etməyəcək. Tezadlar.az xəbər verir ki, bu barədə sənətçi “Həmin Zaur” verilişində danışıb: “Oğlumun toyuna Türkiyədən heç bir müğənnini dəvət etməyəcəyəm. Öz müğənnilərimiz hamısından yaxşıdır. Bizim ifaçılarımızı dünya arenasına çıxaracaq adam yoxdur. Elə səslərimiz var ki… İbrahim Tatlısəsi isə bu məsələyə qatmayaq, o ayrıdır, arzum idi”.

Qeyd edək ki, müğənni oğlunun kiçik toyuna türkiyəli müğənni İbrahim Tatlısəsi çağırmışdı. Sənətçidən dəfələrlə qonorarın məbləği soruşulsa da o, açıqlamayıb.

Bu da daha bir müğənninin efirləri su yoluna döndərmiş müğənnilərimizə verdiyi qiymət. Həqiqət acı olsa da, belədir…

SƏBİNƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!