Əsas məzmuna keç

“Nvidia” rəhbərinin istefası barədə xəbər yayılıb

“Nvidia” şirkətinin baş direktoru Censen Huanq Çin kəşfiyyatı ilə əlaqəli olduğu ehtimal edilən şirkət əməkdaşı ilə nikahdankənar münasibətləri barədə yayılan xəbərlərdən sonra istefa verib.

Tezadlar.az “The Guardian”a istinadən xəbər verir ki, şirkət rəhbəri vəzifəsini müvəqqəti olaraq “Nvidia”nın maliyyə direktoru Kolett Kress icra edəcək.

Huanqın istefasını təsdiqləyən “Nvidia” şirkətinin Direktorlar Şurasının bəyanatında casusluq qalmaqalı və Censen Huanqın şəxsi həyatı ilə bağlı xəbərlər yer almır. Şura şirkətin və bütövlükdə texnologiya sahəsinin inkişafına verdiyi əvəzsiz töhfəyə görə ona təşəkkür edib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…