Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqı (Aİ) liderlərinin Ukrayna nizamlanması ilə bağlı bəyanatına qoşulmayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumdur ki, sənəddə Aİ liderləri Ukraynanın Avropaya inteqrasiya siyasətini dəstəkləyiblər.
“Macarıstan bu bəyanata qoşulmayıb”, – notada deyilir.
Bəyanatı 26 Avropa lideri imzalayıb. O, ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin nizamlanmasına nail olmaq səylərini dəstəkləyir. Sənəddə vurğulanır ki, “Ukraynada sülhə gedən yol Ukraynanın iştirakı olmadan müəyyən edilə bilməz”.
Bundan əvvəl Orban Rusiya prezidenti Vladimir Putinlə görüşdə Avropa İttifaqını Trampın sülh səylərini dəstəkləməyə çağırıb. Siyasətçinin sözlərinə görə, Avropa liderləri “sülhü pozdular, lakin indi onu bərpa edə bilərlər”.
Tramp bildirib ki, Rusiya lideri ilə görüş avqustun 15-də Alyaskada baş tutacaq.
E.ŞİRİNOV