Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Venesuela prezidenti Nikolas Maduro müstəqil ölkələrə qarşı sanksiyaların tətbiqinə qarşı çıxıb.
Tezadlar.az xəbər verir ki, o, bu barədə “Venezolana de Televisión” telekanalında “Maduro Plus ilə” verilişində danışıb.
Madurov Rusiya və onun prezidenti Vladimir Putinin bütün cəbhələrdə qalib mövqedə olduğunu vurğulayıb. “Rusiya iqtisadiyyatı yüksək dayanıqlıq nümayiş etdirdi, sanksiyaların raket zərbələrinə tab gətirdi və qalib gəldi”, – o deyib.
Venesuela liderinin sözlərinə görə, “Rusiya və Putin iqtisadi, silahlı, siyasi və diplomatik müharibədə qalib gəldi”.
Bundan əvvəl Avropa diplomatiyasının rəhbəri Kaja Kallas Avropa İttifaqının Rusiyaya qarşı 19-cu sanksiyalar paketi üzərində işə başlayacağını bildirmişdi. “Rusiya tam və qeyd-şərtsiz atəşkəsə razı olmadığı üçün biz heç bir güzəşti belə müzakirə etməməliyik”, – o vurğulayıb.
E.ŞİRİNOV