Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) beş yüksək vəzifəli israilli üçün gizli şəkildə həbs qərarı verdiyi barədə xəbərlərdən sonra fələstinlilərə qarşı aqressiv mövqeyini davam etdirəcəyi barədə mesaj göndərib.
Tezadlar.az xəbər verir ki, Ben-Qvir bu açıqlamanı Londonda yerləşən Middle East Eye (MEE) veb saytı və “Haaretz” qəzetinin BCM-nin həbs qərarları ilə bağlı xəbərlərindən sonra yazılı mətbuat açıqlamasında verib.
“Qorxmuram və geri çəkilməyəcəyəm. Haaqadan gələn heç bir əmr məni “terrorçulara” qarşı aqressiv siyasət yürütməyimdən saxlaya bilməz”, – Ben-Qvir bildirib.
BCM-in “terrorçuları” və İsraili məhdudlaşdırmaq cəhdlərini qoruduğunu iddia edən Ben-Qvir “İsrail əsgərlərini tam dəstəkləməyə, İsrail vətəndaşlarının təhlükəsizliyi üçün qətiyyətlə hərəkət etməyə, üzr istəməyə və dayanmayacağını” söyləyib.
Fələstin və beynəlxalq insan haqları təşkilatları Ben-Qvirin məhbuslara qarşı təxribatçı açıqlamaları və fələstinlilər üçün ölüm hökmünü qəti dəstəkləməsi səbəbindən onun həbs orderinin verilməsini tələb etmişdilər.
“Haaretz” qəzetinin 17 may tarixli xəbərində üç siyasətçi və iki hərbi zabit də daxil olmaqla beş yüksək vəzifəli İsrail rəsmisi üçün gizli həbs orderlərinin verildiyi bildirilirdi.
Middle East Eye (MEE) veb saytının dünənki xəbərində də “BMİ-yə Ben-Qvir və İsrailin maliyyə naziri Bezalel Smotriç üçün gizli həbs orderlərinin verilməsi üçün müraciət edildiyi” bildirilirdi, lakin sorğunun kim tərəfindən edildiyi dəqiqləşdirilmirdi.
Əvvəllər Qəzzada törədilən müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə Baş nazir Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant üçün həbs orderləri verən BMİ hələlik bu beş şəxsin həbs orderləri ilə bağlı rəsmi açıqlama verməyib.
İddialar təsdiqlənərsə, BMİ-nin həbs orderləri verdiyi İsrail rəsmilərinin sayı yeddi nəfərə çatacaq.
E.ŞİRİNOV