ABŞ-ın müdafiə naziri Pit Heqset prezident Donald Trampın Yaxın Şərqə səfəri öncəsi İsrailə səfər etməyi planlaşdırır.
Tezadlar.az xəbər verir ki, bu barədə dünən – şənbə günü “Axios” portalı İsrail rəsmiləri arasında olan mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Heqsetin İsrailə gəlişi mayın 12-də gözlənilir. Orada o, həmkarı İsrael Kats, eləcə də yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu ilə görüşlər keçirmək niyyətindədir. Bundan sonra Pentaqon rəhbərinin Yaxın Şərq turunda Trampa qoşulacağı gözlənilir.
Ağ Ev daha əvvəl Trampın mayın 13-dən 16-dək Yaxın Şərqə səfər edəcəyini, Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə səfər edəcəyini bildirmişdi.
E.ŞİRİNOV