Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 Fevral 2025 / 10:41

“OBA” Marketdə dəhşətli partlayış- 3 nəfər ciddi xəsarət alıb

Bu dəqiqələrə Binədə “OBA” marketdə baş verən partlayışda xəsarət alanların sayı 3-ə çatıb. Tezadlar.az bildirir ki, bu barədə “OBA” məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Binə qəsəbəsindəki fərdi yaşayış evinin birinci mərtəbəsində “Oba” marketlər şəbəkəsi tərəfindən icarəyə götürülən “Binə 3” mağazasında partlayış baş verib: “Hadisə nəticəsində iki əməkdaşımız və mağazanın yaxınlığından keçən bir vətəndaş xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onların vəziyyəti qənaətbəxşdir. Hazırda marketlər şəbəkəsinin aidiyyəti struktur rəhbərləri xəsarət alanların yanındadırlar, onların sağlamlıqlarının bərpası üçün bütün vacib addımlar atılmaqdadır”.

Xəbərdə qeyd olunub ki,  “OBA” marketlər şəbəkəsinin heç bir mağazasında təbii qaz təsərrüfatına aid olan avadanlıqdan istifadə edilmir: “Partlayışın hansı səbəbdən baş verməsi ilə bağlı daha dəqiq məlumat aidiyyəti dövlət qurumlarının rəsmi rəyindən sonra məlum olacaq”.

Araşdırma davam edir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!