Odessada Türkiyəyə məxsus tanker Rusiyaya məxsus dronla vuruldu

Türkiyəyə məxsus maye qaz daşıyan tanker Odessada (Ukrayna) dron hücumu nəticəsində vurulub. Tezadlar.az Haber-Türk-ə istinadla bildirir ki, Ukraynanın Odessa vilayətindəki İzmail limanına yan alan və təxminən 4 min ton mayeləşdirilmiş qaz daşıyan “ORINDA” adlı gəmi vurulub. Gəminin dron hücumu nəticəsində zərbə aldığı qeyd olunub. Məlumata görə, heyət təxliyə edilib. Hərbi mütəxəssislər Rusiyaya məxsus dronların trayektoriyasını öyrənməkdədir.

 

Xəbəri paylaş

Xəbər lenti