Əsas məzmuna keç

OĞURLANMIŞ AVTOMOBİLLƏRİ AXTARMAQ ÜÇÜN VEB SISTEMİ İŞƏ SALINDI – RUSİYADA

Oğurlanmış avtomobillərin axtarışı və yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınması üçün Veb sistemi DXR, LPR, Zaporojye və Xerson vilayətləri istisna olmaqla, bütün Rusiyada işə salınıb.

Bu barədə TASS-a Rusiya Daxili İşlər Nazirliyinin Yol Hərəkəti Təhlükəsizliyi Baş İdarəsinin rəis müavini Lenar Qabduraxmanov bildirib.

“Veb sistemi Rusiya Federasiyasının bütün subyektlərində fəaliyyət göstərir. Sentyabrın 30-da son obyekt istifadəyə verilmişdir. İndi isə “Veb” Rusiya Federasiyasının bu yaxınlarda ölkənin tərkibinə daxil olmuş dörd regionu istisna olmaqla, Rusiyanın bütün regionlarında işləyir”, – o, Kazanda keçirilən “Yol 2022” 10-cu beynəlxalq ixtisaslaşdırılmış sərginin kuluarlarında deyib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…