30 İyul 2023 / 12:10

OĞUZDA ZƏLZƏLƏ OLUB

Bu gün Oğuz rayonunda 3 maqnitudalı zəlzələ baş verib.

Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar iyulun 30-da yerli vaxtla saat 13:04-da Şəki stansiyasından 10 kilometr şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar hiss olunmayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!