Əsas məzmuna keç

OĞUZDAKI YOL-NƏQLİYYAT HADİSƏSİ İLƏ BAĞLI CİNAYƏT İŞİ BAŞLANILIB

Avqustun 25-də saat 16 radələrində Oğuz rayonunun Sincan kəndi ərazisində Rəvan Osmanovun idarə etdiyi “Opel” markalı avtomobil ilə İntiqam Nəbiyevin sürdüyü “VAZ-2107” nəqliyyat vasitəsi toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, qəza nəticəsində sonuncu nəqliyyat vasitəsindəki sərnişin, 1961-ci il təvəllüdlü Tofiq Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü və digər iki sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…