19 Mart 2026 / 13:57

Okan Burukdan transfer bombası: Noa Lanq və Viktor Osimhen haqqında danışdı!

Təzadlar.az xəbər verir ki, İstanbuldakı 1-0-lıq üstünlüyünü qoruya bilməyən “Qalatasaray”, “Enfild”də “Liverpul”a 4-0 hesabı ilə məğlub olaraq Çempionlar Liqası ilə vidalaşdı. Matçdan sonra baş məşqçi Okan Buruk həm zədəlilər, həm də oyunun gedişatı barədə səmimi etiraflar etdi.

Zədə xəbərləri: Noa Lanq və Osimhenin durumu

Okan Buruk komandanın iki əsas simasının səhhəti ilə bağlı narahatlığını dilə gətirib: “Noa Lanqın barmağında ciddi xəsarət var, hazırda xəstəxanaya yollanır. Viktor Osimhenin isə ağrıları var, vəziyyəti dəqiqləşəcək.”

Hakim tənqidi: “Dünyanın ən pisi…

Baş məşqçi matçın idarəçiliyindən narazılığını gizlətməyib: “Osimhenin epizodunda Konate çox rahatlıqla faullər edirdi. Dünyanın ən yaxşı hakimini gözlədiyimiz halda, meydanda ən pisi ilə qarşılaşdıq. Lakin etiraf etməliyəm ki, Liverpul qələbəni tam haqq etdi.

Uğurcan Çakır fərqi və azarkeşlərdən üzr

Məğlubiyyətə baxmayaraq qapıçının oyununu qeyd edən Buruk, məsuliyyəti öz üzərinə götürüb: “Bu gün heç nə yolunda getmədi. Yanlış qərarlarımız və oyun planımız bizi məyus etdi. Uğurcan Çakır möhtəşəm oyun sərgiləməsəydi, hesab daha böyük ola bilərdi. Azarkeşlərimizə ümid vermişdik, sona qədər gedə bilmədiyimiz üçün onlardan üzr istəyirəm.

Səbinə Bağırova 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!