Əsas məzmuna keç

OKTYABRIN İLK GÜNLƏRİNDƏ MÜLAYİM HAVA ŞƏRAİTİ MÜŞAHİDƏ EDİLƏCƏK

Oktyabrın ilk günlərində hava şəraitinin mülayim keçəcəyi gözlənilir.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, temperatur göstəriciləri əhali üçün komfort sayılan diapazonda, Bakıda 26-28, Aran bölgələrində isə 33 dərəcəyədək isti olacaq. Mülayim şərq küləyi əsəcək, oktyabrın 3-də küləyin sürətinin gündüz arabir 15-17 metr/saniyə olacağı proqnozlaşdırılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…