Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 Aprel 2026 / 16:08

“Ölkədə “BestComp” İT şirkətindən başqası yoxdur?” – ekspert İRİA-nın siyasətini tənqid etdi

“Bir nəfərin imzası ilə yüzlərlə iri İT şirkətin vergidən azad olunması haqqında qərarın nə dərəcədə legitim olması xeyli düşündürücüdür”.
***
Hələ də DVX-nin açıqladığı  TOP -100 ən böyük vergi ödəyicisi siyahısının təsiri altındayam. Bu siyahıya baxanda acı bir reallıq görünür. Burada həqiqi mənada dəyər yaradan cəmi bir İT şirkəti var – BestComp.
Qalan 7–8 “texnoloji” şirkət isə əslində mobil operatorlar və infrastruktur provayderləridir. Yəni real İT məhsul və xidmət yaradan sektor bu siyahıda demək olar ki, yoxdur.
Bui fikri  Multi-Media Mərkəzinin direktoru,  Azərbaycan İnternet Forumunun Prezidenti, İT üzrə ekspert Osman Gündüz sosial media hesabında bildirib.
Bu vəziyyəti necə izah etmək olar? deyə sual edən ekspert, İRİA-nın bütün İT şirkətlərini texnopark rezident etməsini, onlara vergi güzəştləri tətbiqini doğru hesab etmədiyini  və həmin şirkətlərin hələ də yerində saydığını, ən böyük vergi ödəyiciləri sırasına qatılmadıqlarını bildirib.
Onun sözlərinə görə, İRİA-nın son illərdə apardığı siyasət də bunda rol oynayıb.
“Çox güman ki, cavabın bir hissəsi İRİA-nın son illərdə apardığı siyasətdədir. Ölkədə iri İT şirkətlərin demək olar ki, hamısı texnopark rezidenti edilib və onlara geniş vergi güzəştləri tətbiq olunub.
Bəs hanı o şirkətlər? Niyə onların heç biri ən böyük vergi ödəyiciləri arasında yoxdur?
Ötən il də bu barədə yazmışdım.
Bu gün də aydın görünür ki, siyahıda yer alan BestComp fərqli model nümayiş etdirir.
Şirkət ötən illə müqayisədə 5 milyon da daha çox vergi ödəyib, xarici bazarlarda mövqeyini gücləndirib, son dövrlərdə isə startap və innovasiya sahəsinə daxil olub. Eyni zamanda universitetlərə və İT ekosistemə dəstək verir, sponsorluq edir.
Bəli, bu şirkət də dövlət sifarişlərindən bəhrələnir. Amma görünən odur ki, BestComp dövlət sifarişlərinin üzərində “oturmağa” yox, kənarda əlavə dəyər yaratmağa çalışır. Fərq də məhz bundadır.
Yeri gəlmişkən, ölkədə olan bütün iri İT şirkətlərin İRİA tərəfindən ucdantutma vergidən azad edilməsi ilə bağlı addımın qanunauyğunluğu da indiyədək mübahisə mövzusudur.
Fikrimcə, Prezidentin İT sektora dəstəklə bağlı məlum fərmanının icrası düzgün yerinə yetirlməyib. DVX və İRİA arasında bununla bağlı bir xeyli “vuruşma” gedib.
Qanunvericilikdə nəzərdə tutulub ki, texnopark rezidenti olmaq istəyənlər bəlli bir prosedurdan keçməlidir, ekspertizalar aparılmalıdır və yekun qərar da qanunvericilikdə nəzərdə tutulan Ekspert Şurası tərəfindən qəbul edilməlidir. Ölkənin digər uyğun strukturlarında bu tip qərarlar, ancaq kollegial formada, qanunvericilikdə nəzərdə tutulduğu qaydada, Ekspert Şuraları tərəfindən qəbul edilir.
İRİA-da isə dəfələrlə bu istiqamətdə təkliflərimiz olsa da, indiyədək belə qurum formalaşdırılmayıb. 
Görəsən, güzəştlər nə üçün verilib, düzgün istifadə edilirmi, xaricə yönəlik – rəqabətədavamlı fəaliyyət qurulurmu, ekosistemə, startaplara və innovasiyalar nə yatırımalr edilib və s.
Ümumiyyətlə, bir nəfərin imzası ilə yüzlərlə iri İT şirkətin vergidən azad olunması haqqında qərarın nə dərəcədə legitim olması xeyli düşündürücüdür. Əlbəttə, şübhə etmirəm ki, rəqəmsal transfromasiyada xeyli irəliləyiş əldə edən İRİA bu sahədə də dönüş yaratmaq üçün səylər göstərir.
Lakin hələlik İRİA-nın bu sahədəki siyasətinin nəticəsi ortadadır.
Yüz milyonlarla dövlət sifarişi var, ucdantutma bütün böyük İT şirkətlər milyonlarla vergi güzəştləri əldə edib, amma dəyər yaradan İT sektoru formalaşmayıb.
Ümid edirəm İRİA-nın Technest layihəsindəki qüsurlarla bağlı “padval əməliyyatını”, nə zamansa “Texnopark rezidenti” layihəsi üçün də keçirməyə ehtiayc qalmayacaq .
İnanıram ki, bu yanaşmaya yenidən baxılacaq və sektor real dəyər yaradan istiqamətə yönləndiriləcək”, – deyə Osman Gündüz qeyd edib.
Y.MƏMMƏDLİ
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!