Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları (UKMTO) Oman sahillərində Hörmüz boğazından keçən bir tankerin mənşəyi və növü naməlum üç mərmi ilə hədəf alındığını açıqlanıb.
Tezadlar.az-ın məlumatına görə, UKMTO-nun ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında verdiyi açıqlamada bildirilir ki, dəniz hadisəsi Omanın Həsəb şəhərindən 17 dəniz mili şərqdə baş verib.
Məlumatda bir tankerin mənşəyi və növü naməlum üç mərmi ilə vurulduğu qeyd edilib və heç bir itki və ətraf mühitə təsir olmadığı əlavə edilib.
Məlumatda həmçinin qeyd olunub ki, hakimiyyət orqanları hadisə ilə bağlı araşdırmaya başlayıb və Hörmüz boğazından keçən gəmilərə ehtiyatlı olmağı və hər hansı şübhəli fəaliyyətlə bağlı UKMTO-ya məlumat verməyi tövsiyə edib.
ELBAR







