AK Partiyasının Sədr müavini və Partiya sözçüsü Ömər Çelik deyib: “BMT kürsüsünü qırğın təbliğatı səhnəsinə çevirən, Prezidentimizi və ölkəmizi hədəf alan soyqırımçı Netanyahunun hədsiz, aqressiv və dəlicəsinə açıqlamalarını şiddətlə qınayırıq”.
Tezadlar.az xəbər verir ki, AK Partiyasının Sədr müavini və Partiya sözçüsü Ömər Çelik, Prezident Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasındakı çıxışı zamanı onu hədəf alan İsrailin Baş naziri Binyamin Netanyahuya sosial media hesabında reaksiya verib.
Çelik öz paylaşımında deyib: “BMT kürsüsünü qırğın təbliğatı səhnəsinə çevirən, Prezidentimizi və ölkəmizi hədəf alan soyqırımçı Netanyahunun hədsiz, aqressiv və dəlicəsinə açıqlamalarını şiddətlə qınayırıq”. O, aşağıdakı ifadəni işlədib:
“Qəzzada qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla on minlərlə günahsız insanı qətlə yetirən və beynəlxalq hüququ tapdalayan cinayətkar şəbəkənin rəhbəri Netanyahu Prezidentimizi və Türkiyəni yalanlarla hədəf alaraq insanlığa qarşı cinayətlərini ört-basdır edə bilməz. Kiprdən Egeyə, Suriyadan Fələstinə qədər hər məsələdə tarixi və hüquqi faktları təhrif edən bu barbar düşüncə insanlıq vicdanı qarşısında və beynəlxalq hüquq qarşısında günahkardır. Türkiyə, Prezidentimizin rəhbərliyi altında, bu soyqırım aparatının sözdə təhdidlərinə, böhtanlarına və manipulyasiyalarına layiqli cavablarını verməyə davam edəcək.”
ELBAR







