Əsas məzmuna keç

ONLAR SANKT-PETERBURQDA FORUMDA İŞTİRAK ETDİKLƏRİNƏ GÖRƏ CƏZALANDIRILACAQLAR

Moldova hakimiyyəti Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Moldova pavilyonunda iştirak etdiklərinə görə “Jok” dövlət ansamblının artistlərini cəzalandıracaq.

Tezadlar.az xəbər verir ki, bunu TV8 telekanalına açıqlamasında respublikanın mədəniyyət naziri Sergey Prodan deyib.

“Bu, çox ciddi və qəbuledilməz bir vəziyyətdir. Təbii ki, tədbirlər görüləcək. Qanunun və sağlam düşüncənin pozulduğu göz qabağındadır”, – nazir deyib.

O qeyd edib ki, bütün halların aydınlaşdırılması üçün daxili araşdırma aparılacaq.

Moldovada qərbyönlü hökumət Rusiya və MDB ilə münasibətləri pozmaq kursu götürüb. Bununla belə, forumda Moldovanın Qaqauz muxtariyyətinin rəhbərliyi, müxalifət partiyalarından olan deputatlar, o cümlədən “Qələbə” bloku, Moldova Respublikası Sosialistlər Partiyası, Dirçəliş və başqaları iştirak edir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…