Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


“Apple” texnologiyasının rəsmi məqsədlər üçün istifadəsinə qadağa bütün “Rostec” təşkilatlarının əməkdaşları üçün tətbiq edilib.
Tezadlar.az bildirir ki, bu barədə TASS-a dövlət korporasiyasının mətbuat xidmətindən məlumat verilib.
“Həqiqətən də, korporasiyanın bütün təşkilatlarında işdə Amerika istehsalı olan avadanlıqların istifadəsinə tam qadağa tətbiq edilir”, – mətbuat xidmətindən bildiriblər.
Daha əvvəl “Vedomosti” qəzeti “Rostec”in nümayəndəsinə istinadən “Şvabe” holdinqində (“Rostec”-in bir hissəsi) müvafiq qadağanın tətbiq olunduğunu elan edib.
E.ŞİRİNOV