Onun İsraillə bağlı açıqlaması nasist ifadələrinə bənzədildi

20 alman siyasətçi və incəsənət xadimi Almaniya kansleri Fridrix Merzin ifadələri nasist ifadələrinə bənzədiyi üçün prokurorluğa şikayət edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Berliner Zeitung” qəzeti müvafiq sənədlərə istinadən məlumat yayıb.

20 mədəniyyət xadimi, musiqiçi və publisist tərəfindən imzalanmış şikayət federal prokurorluğa və Berlin prokurorluğuna göndərilib. Müraciətə səbəb Merzin Kanadada keçirilən G7 sammiti çərçivəsində alman televiziyası jurnalistinə dediyi sözlər olub.

Yaxın Şərqdəki münaqişədən danışan kansler həmsöhbətinin sözlərini təkrarlayaraq, “Bu, İsrailin hamımız üçün etdiyi çirkin işdir” deyib. Tənqidçilər bu bəyanatı qeyri-insani hesab ediblər və şikayət Merzi dinc yanaşı yaşamaq prinsiplərini pozmaqda və nasist lüğətinə bənzər ritorikadan istifadə etməkdə ittiham edib.

Şikayət müəllifləri Almaniya Cinayət Məcəlləsinin təcavüzkar müharibənin qızışdırılması ilə bağlı 80a maddəsinin mümkün pozulmasına işarə edərək, kanslerin sözlərinə hüquqi qiymət verilməsini tələb edirlər.

Bundan əvvəl ABŞ prezidenti Donald Trampın Merzlə keçirdiyi mətbuat konfransı zamanı müttəfiqlərin Normandiyaya enişinin tarixi əhəmiyyəti ilə bağlı zarafat etdiyi bildirilmişdi. Amerikalı siyasətçi təklif edib ki, bu hadisənin ildönümü alman xalqı üçün “ən xoş gün deyil”.

E.ŞİRİNOV

Xəbəri paylaş

20 İyul