Amerikanın OpenAI şirkəti Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyi ilə əməkdaşlığı çərçivəsində Kiyevə Daybreak kibertəhlükəsizlik proqramına giriş imkanı verəcək. Bu barədə BMT Baş Assambleyasının iclası çərçivəsində açıqlama verilib. Əməkdaşlıq barədə Ukraynanın San-Fransiskodakı baş konsulu Dmitri Kuşneruk və OpenAI-nin Milli Təhlükəsizlik Siyasəti rəhbəri Saşa Beyker məlumat veriblər.
Tezadlar.az xəbər verir ki, bu barədə şirkətin veb saytında məlumat verilib.
Ukraynalı mütəxəssislər proqram təminatındakı zəiflikləri axtarmaq, eləcə də yamalar hazırlamaq və sınaqdan keçirmək üçün alətlərə çıxış əldə edəcəklər. Şirkət vurğulayıb ki, proqram səhiyyə, enerji və telekommunikasiya sistemləri də daxil olmaqla mülki infrastrukturun qorunmasına kömək etmək üçün nəzərdə tutulub.
OpenAI qeyd edib ki, Daybreak kibertəhlükəsizlik mütəxəssislərinə proqram təminatını təhlil etmək, şübhəli fəaliyyəti araşdırmaq, zəiflikləri yoxlamaq və yamalar sınaqdan keçirmək üçün qabaqcıl süni intellekt modellərindən istifadə etməyə imkan verir.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik Ukrayna Silahlı Qüvvələrini (USQ) avtobuslara hücum etmək üçün süni intellektdən istifadə etməkdə günahlandırıb.
ELBAR







