Əsas məzmuna keç

ORBAN: RUSİYANIN UKRAYNADAKI HƏRƏKƏTLƏRİNİ HƏRBİ ƏMƏLİYYAT ADLANDIRMAQ OLAR

Macarıstanın baş naziri Viktor Orban  deyib ki, Rusiyanın Ukraynadakı hərəkətlərini həqiqətən də xüsusi hərbi əməliyyat adlandırmaq olar.

O hesab edir ki, baş verənlər hərbi əməliyyatdır, çünki iki ölkə arasında müharibə elan olunmayıb.

Orban “hələ müharibə olmadığına sevinməyi təklif etdi. Çünki müharibə olarsa, ümumi səfərbərlik olacaq və mən bunu heç kimə arzulamıram”.

Bu barədə TASS xəbər verir.

Daha əvvəl Orban bildirib ki, Macarıstan Aİ-nin Kiyevə icma büdcəsindən beş il müddətinə maliyyə yardımı göstərməkdən imtina etməyi təklif edir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…