27 İyul 2021 / 15:03

ORDUMUZUN KƏLBƏCƏR İSTİQAMƏTİNDƏKİ MÖVQELƏRİ ATƏŞƏ TUTULDU

İyulun 27-si saat 16:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım kəndləri ərazisindəki mövqelərini snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.

Bu barədə Tezadlar.az Müdafiə Nazirliyinin rəsmi internet saytına istinadən məlumat verir.

Məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.

Qeyd edək ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!