Ordunun 143 milyon manatını çırpışdıranlar indi məhkəmədə başına döyüb deyir ki…

Oxunma sayı: 102

 

Azərbaycan Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissədə mənimsəməyə görə həbs edilən sabiq maliyyə-xidmət rəisi, kapitan Vahid Novruzlunun  143 milyon manatlıq mənimsəmə cinayət üzrə məhkəmənin hazırlıq iclası dünən keçirildi. Tezadlar.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası baş tutub, məhkəmənin qərarı ilə baxış iclası martın 11-nə təyin edilib. İttiham Aktına görə, Vahid Novruzlu Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə faktı ilə bağlı cinayət işindən ayrılmış epizod üzrə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb olunub. Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. İndi məhkəmə bu suala da cavab tapmalıdır: necə olub ki, nazirliyin büdcəsindən bu qədər vəsait oğurlanır, heç kim bundan xəbər tutmur, amma sonradan DTX bunun üstünü açır???  Sabiq maliyyə xidmət rəisi barəsində də elə DTX İstintaq baş idarəsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

İndi məhkəmədə göz yaşı axıdılacaq ki, bunu mən etməmişəm, Filankəs törədib… Filankəs də bu cinayəti yıxacaq Bəhmənkəsin üstünə… Bəhmənkəs isə…

Nə isə! Ordunun zəiflədilməsinə yönələn hər bir addım Vətənə xəyanətdur, döyüşən əsgərin əyin- başına, döyüş qabiliyyətinə girmədir!

A.Məmmədli

 

Xəbəri paylaş

30 Aprel