Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün uzun sürən məhkəmə istintaqından sonra Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidməti sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Tezadlar.az xatırladır ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun şikayəti təmin olunmayıb. Bakı Hərbi Məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.
XATIRLATMA: sabiq xidmət rəisi Bakı Hərbi Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Rəşad Məlikzadə 26 sentyabr 2022-ci il tarixdə DTX tərəfindən saxlanılıb və barəsində Bakı Hərbi məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
İttihama görə, Rəşad Məlikzadə 2017-2018-ci illərdə “N” saylı hərbi hissədə maliyyə xidmətinin rəisi, 2018-2022-ci ilin fevralın 10-dək olan müddətdə isə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin rəisi vəzifəsində işləyib. Rəşad Məlikzadə vəzifə saxtakarlığına yol verib. O, 9 milyon 369 min manat mənimsəyib, bu məbləğdən 848 min manatını dövlət büdcəsinə ödəyib.
Həmçinin hökmlə dövlətə vurulmuş ziyanla bağlı Rəşad Məlikzadəyə məxsus təxminən 2 milyon manatlıq əmlak müsadirə edilib. İş üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Bu da büdcə vəsaitini, özü də orduya- əsgərlərə ünvanlı vəsaiti talamanın cəzası!
Elbar