Əsas məzmuna keç

ORENBURQDA HƏYƏCAN SİQNALI: KÜTLƏVİ EVAKUASİYA APARILIR

Orenburqda siren səsi eşidilir, son dərəcə təhlükəli daşqın vəziyyətinə görə şəhərdə kütləvi evakuasiya aparılır.

Tezadlar.az bildirir ki, bu barədə Orenburq şəhərinin meri Sergey Salmin öz Telegram kanalında məlumat verib.

“Şəhərdə siren səslənir. Bu, təlim deyil. Kütləvi evakuasiya aparılır! Orenburqda daşqın vəziyyəti son dərəcə təhlükəlidir. Son 10 saat ərzində Uralda suyun səviyyəsi 40 sm qalxıb və indi 1143-dür. Bu dəyərlər təhlükəlidir”, – deyə o yazıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…