11 Yanvar 2026 / 23:37

“Orman”da nə baş verir: bu restoranın 6 nəfərə sırıdığı 641 manat!

Sosial mediada maraqlı hadisə barədə paylaşım var: Bakıda- “Kənclik” ərazisində fəaliyyət göstərən və yəqinki fiziki şəxsin adına olan(bütün qulaqkəsən restoranların hansının vergi uçotuna baxırsan, daha az vergi ödəmək üçün hansısa fiziki şəxsin adına sənədləşdirilmiş olur) “Orman” restoranında 6 nəfərin naharı, yumşaq desək, sonda burunlarından gəlib. Belə ki, 6 nəfərlik yemək 641 manata başa gəlib!(“Haqq- hesab”).

Menyuda ərzaq növlərinin qiymətinə baxanda düşünürsən ki, “Orman”da iaşə xidmətindən daha çox əlibaltalılar qulaq kəsməklə məşğuldur! Ormanda- meşədə təbiət mərhəməti olar, bu “Orman”da isə…

Nə isə: menyuya baxıb özünüz nəticə çıxarın. Daha doğrusu, adi iş adamlarının qəpiyindən belə keçməyən, cərimə sanksiyalarını qılınc kimi əlində tutan vergi orqanının əməkdaşları nəticə çıxarsın: bunun adı iaşə xidmətidirmi? Bu qiymətləri necə uydururlar? Və bu cür hesablardan büdcəyə ödənilən vergidən xəbəriniz varmı??? Böyük bir məmura aid olan bu “Orman”a insaflı ” meşəbəyi” təyin edilməlidir ki, belə nainsaf hallar mövcud olmasın! Sadəcə, ayıbdır… Qazanılan pul da halal olmalıdır, ad- san da, qonaq-qara xeyir- duası da…

“Təzadlar”

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!