Əsas məzmuna keç

ORSKDA SEL SULARI ALTINDA QALAN EVLƏRİN SAYI AZALIB

Orenburq vilayətinin Orsk şəhərində daşqınlar nəticəsində su altında qalan yaşayış binalarının sayı 5973-ə qədər azalıb.

Tezadlar.az xəbər verir ki, bu barədə əməliyyat xidmətlərindən məlumat yayıb.

“Aprelin 11-də səhər saatlarında Orskda su basmış yaşayış binalarının sayı 800-dən çox azalaraq 5973-ə çatıb”, – məlumatda bildirilib.

Məlumata görə, 801-i uşaq olmaqla 2553 nəfər təxliyə edilib.

Orenburq vilayətinin qubernatoru Denis Pasler cümə axşamı bildirib ki, Orskda bir gündə 14 sm su gedib və suyun səviyyəsi durmadan azalır.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…