26 Avqust 2024 / 07:40

ÖTƏN İKİ GÜNDƏ 50,9 KİLOQRAMA YAXIN NARKOTİK VASİTƏ AŞKARLANIB

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 24-də və 25-də ümumi çəkisi 50,9 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, 40,9 kiloqrama yaxın marixuana, 10 kiloqrama yaxın metamfetamin, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 92 ədəd çətənə kolu dövriyyədən çıxarılıb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!