Əsas məzmuna keç

ÖTƏN İL 12 TERROR AKTININ QARŞISI ALINIB

Stavropol vilayətinin hüquq-mühafizə orqanlarının əməkdaşları 2023-cü ildə hazırlıq mərhələsində 12 terror aktının qarşısını alıblar.

Tezadlar.az bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsinin rəisi Andrey Mişaqin məlumat verib.

“Hazırlıq mərhələsində nəqliyyat infrastrukturu obyektlərində, dövlət orqanlarında və insanların kütləvi toplaşdığı yerlərdə 12 terror aktının törədilməsi dayandırılıb”, – o, polisin 2023-cü il üçün fəaliyyətinə dair regional Dumaya məruzə edərkən deyib.

Onun sözlərinə görə, il ərzində bölgədə terrorçu təşkilatların 14 fəal üzvü saxlanılıb. “Onların əksəriyyəti Ukraynayönlü millətçi təşkilatların tərəfdarları idi”, – deyə Mişaqin əlavə edib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…