28 İyul 2023 / 07:35

ÖTƏN SUTKA ƏRZİNDƏ 51 YANĞINA ÇIXIŞ OLUB

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 51 halda yanğına çıxış və 9 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla səkkiz nəfər xilas edilib. Hadisə zamanı səkkiz bina sakini təhlükəsiz əraziyə təxliyə olunub, 1 nəfər yanıq xəsarəti alıb. Eyni zamanda, qəza-xilasetmə əməliyyatı zamanı bir nəfərin cəsədi aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!