Əsas məzmuna keç

Ozan Akbabanın xanımı əməliyyat olundu- aktyor “Uzak şehir”dən İstanbula getdi

Azərbaycanda da sevilərək izlənilən “Uzak şehir” serialının baş rol qəhrəmanlarından  Cihan Alboranın –  Ozan Akbabanın ailəsi ilə bağlı narahatedici xəbər yayılıb.   

Məlumata görə Türkiyəli aktyor Ozan Akbabanın həyat yoldaşı Buket Akbabanın səhhətində yaranmış problemə görə “Uzak şehir” serialının çəkilişləri dayandırılıb.

Tezadlar.az xəbər verir ki, həyat yoldaşının müalicə dövründə Ozan İstanbuldakı xəstəxanada xanımının yanında qalacaq.

Buket Akbaba xəstəxanadan çıxana qədər aktyor onu tək qoymayacaq.

Qeyd edək ki, aktyorun həyat yoldaşı ötən gün ürəyindən əməliyyat olunub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın