1 Dekabr 2025 / 10:27

ÖZÜMÜZÜN İDMAN OYUNUMUZU NİYƏ ƏCNƏBİLƏRƏ VERƏK?

…2003-cü ildəki prezident seçkisi öncəsi namizədlərin çıxışlarını diqqətlə dinləyirdim. Prezidentliyə namizəd İlham Əliyevin çıxışı mənim üçün digərlərindən fərqli və əlamətdar oldu. Namizəd bildirdi ki, prezident seçiləcəyi təqdirdə Respublika Milli Olimpiya Komitəsinin Prezidenti vəzifəsini də icra edəcək, ölkədə bütün idman növlərinin inkişafını dəstəkləyəcək və yaxşı olardı ki, bizdə də öz milli oyunumuz yaradılaydı, Azərbaycan da dünya idmanına oyun vermis ölkəyə çevriləydi.
Azərbaycanda idman oyunu yaradılması və dünya idmanına oyun vermis ölkəyə çevrilməyimiz mənim də arzumdur və bu sahədə praktiki fəaliyyət göstərirəm. Yuaxarıda qeyd edilən məlum çıxş edilərkən mən artıq 2 (iki) oyun dəsti və oyunlar ixtira etmiş, 2 (iki) patent almışdım. Nəticədə Azərbaycan dünya idmanına oyun vermiş ölkəyə çevrilmişdi, lakin de-yure. Respublikamızın TV kanallarının əksəriyyəti , habelə Türkiyənin TRT və TRT İnter kanalları, Rusiyanın beynəlxalq “MИР” telekanalı yeniliklər haqda göstərmiş və məlimatlar paylaşmışlar. Oyunlar üzrə yarışların təşkili ilə de-fakto ölkəyə çevrilməyimizlə bağlı respublikamızda bəzi məsul şəxslərə müraciət etmişdim. Düşünürdüm ki, bizdə də eyni ilə Macarıstanda edilənləri həyata keçirəcəyik və ölkəyə nə-həng gəlir, dünya idmanına oyun vermiş de-fakto ölkə adı verilməsini qazandıra biləcəyik, Misir (damaya görə), İran (nərd), Hin-distan (şahmat), Çin ( domino), Macarıstan (Kubik Pubik), Yaponiya (qo) kimi. Təəssüflər olsun ki, belə olmadı.
İlham Əliyev cənabları seçkilərdə qalib gələndə inanırdım ki, Qarabağın azadlığı, respublikanın hərtərəfli inkişafı ilə yanaşı, respublikamızda ixtira edilmiş idman intellelektual masaüstü oyunlar üzrə yarışların keçirilməsi də prioritet təşkil ediləcəkdir. Tezliklə Azərbaycan da dünya idmanına oyun vermiş de-fakto ölkə adı qazanaçaqdır. Ümid edirdim ki, yenicə seçilmiş Prezidentə onun istəyinə uyğun olan oyunların artıq ixtira edilməsi və patentlər alınmaşı haqqında xoş xəbər tezliklə çatdırılacaqdır. Oyunlar üzrə yarışların təşkili tezləşdiriləçəkdir. Amma oyunların təşkili və de-fakto ölkə adı qazanmaq çəhdləri haqda yaxın aylarda və illərdə KİV-də məlumat yayılmadı. Təbii ki, cənab Prezidentə oyunlar haqda deyilsəydi, o da istəyinə çatmaq məqsədiylə yarışlar keçirilməsi haqqdında göstəriş verərdi. Deməli, cənab Prezidentə məlumat çatdırılmayıbdır.

Lakin mən oyunlarla bağlı arzuma doğru addımlar atmaqda davam etdim. Yeni oyunlar yaradılması istiqamətində çalışdım. Rəsmi və müstəqil qəzetlərdə çıxışlar etdim, təbii ki, əsas məqsəd cənab Prezidentə yeniliklər haqda məlumat çatdırılması idi.

***
Bir neçə il Moskvada Elmlər Akademiyasının üzvi Kimya institutunda tədqiqatlar aparmışam. Laboratoriya müdiri professor Mortikov  böyük domino bilicisi və güclu oyunçu idi. Birinci oyunla , yəni üçxanalı,  9 xallı , 36 ədəd  daş dəsti ilə  oyunla tanış olduqda professor  belə  fikir söylədi: – bu oyun masada görünəndə özünə hörmət edən dominoçular üzünü buna tərəf çevirəcəklər.
Nüfuzlu və gəlirli  intellektual oyunlardan biri backgammondur.  Yeni backgammon  oyunu yaratmağa ehtiyac  var. Bundan  ötrü  ilk növbədə yeni nərdtaxta  yaratmaq lazım gəldi. Mövcud nərdtaxtada 100 (yüz) oyun hazırlanmışdı və onun yaradıcılıq aləti kimi imkanları tükənmişdir. Azərbaycanın  nərd dəstində zərlər 8 (səkkiz ) üzlü, daşlar 40(=20 +20) və xanalar 32(=8×4)-dir. Təbii ki, belə nərdtaxta dəstinin oyun imkanları genişdir. Yeni backgammon-Bakı oyunu qaydaları da, daşların ilkin düzülüşü də fərqli oldu. Yeni nərdtaxta dəstində oynamağa münasib longgammon (uzun) oyunu da hazırlandı. Beləliklə, ixtiraçılıq tarixində nərdtaxta və nərd oyunları ixtirasına görə ilk patent  Azərbaycana verildi.  Hər  hansı  idman oyunu  üzrə bir beynəlxalq federasiya fəaliyyət  göstərdiyi halda, backgammon oyunu  üzrə  2 (iki ) beynəlxalq  federasiya  və 1 ( bir) beynəlxalq assosiasiya fəaliyyətdədir. Yeni nərdtaxtanı,  backgammon-Bakı oyununu  və alınmış  patenti  beynəlxalq assosiasiyanın baş katibinə göstərdim.  Məmnun qaldı və çempionat keçirilməsindən ötrü qəbul etmək istəyirlərmi soruşdum. Baş katib bildirdi ki, yenilik üzrə yarışlar öncə yaradıldığı ölkədə keçirilməlidir  və  oradan yayılmalıdır. Misal üçün klassik  şahmat, nərd, domino oyunlarının  və müasir kubik- Rubik oyununun  tarixçələrini xatırlatdı.

“Təəssüflər olsun ki, indiyədək uşaqlar üçün məxsusi idman intellektual masaüstü oyunlar yaradılmamışdır…”

 Görüşümüz  yarış  günü , yarış sarayında baş tutmuşdu və o,  yenilikləri  nərd üzrə dünya və Avropa çempionlarına, mükafatçılarına  da göstərdi. Maraq var idi. Daha çox  soruşulansa yarışların nə vaxt  təkşil ediləcəyinə dair idi.
       Təəssüflər olsun ki, indiyədək uşaqlar üçün məxsusi idman intellektual masaüstü oyunlar yaradılmamışdır. Onların heç də hamısını əyləncəli oyunlar qane etməyir. Belə oyunları oynamaqda motivasiya görmürlər. Onlar da yarışlarda iştirak etmək, qalib gəlmək, medallar, mükafatlar almaq istəyirlər. Uşaq oyunlarındakı boşluğu doldurmaq istəyi güç gəlirdi. Bu da aydın idi ki, asan olsaydı indiyədək ixtiraçılar beləsini yaradardı. İxtira üsulunu göstərən mənbə tapılmayır. Məqsəd kimi böyüklər üçün ixtira etdiklərimin balacalar üçün mini variantlarını yaratmağı seçdim. Ehtiyac olan və içimdə ümid bəslədiyim ikinci layıhə ortaya çıxdı.
Məhz idman oyun dəstləri və oyunların necə yaradılması harda vəsait, kitab tapılmadığından yenə təhsil aldığım və ixtiralar etdiyim zəngin kimya elminin rəngarəng qayda-qanunlarından, reaksiyalarından, prinsiplərindən faydalanmaq məcburiyyətində qaldım. Axtarışlar zamanı ehtiyac yarandıqca riyaziyyatdan, təxəyyüldən, məntiqdən də faydalanmaq lazım gəlirdi. Zəhmətim hədər olmadı. Məqsədə uyğun surətdə Azərbaycanda yaradılmış yeni oyunların mini variantı hazırlandı. Bu dəfə uşaqları qane edəcək sadə oyun daşları, asan oyunlar yaratmaq mümkün oldu. Onlar üçün 3 (üç) oyun dəsti və çoxlu sayda oyunlar yaradıldı. Yeniliklərə görə  patent verildi. Beləliklə, dünya ölkələri idman aləminə birlikdə cəmi 6 (altı) idman intellektual masaüstü oyun yaratmışdırsa, Azərbaycan da təklikdə eyni sayda – 6 (altı) oyun dəsti çoxlu sayda oyunlar vermişdir. İndi isə onlardan xalqımızın, ölkəmizin maksimim faydalanmasını sürətləndirməliyik.
Azərbaycan,  həmçinin idman tarixində ilk uşaq idman intellektual oyunların vətəninə çevrildi. İndi dünya uşaqları ölkə, qitə, dünya çempionatlarında, müxtəlif miqyaslı turnirlərdə iştirak edə biləcəklərOnlar üçün müxtəlif səpkili 3 (üç) oyun dəsti və çoxlu sayda müxtəlif səpkili oyunlar yaradıldı. Heç də sadə olmayan idman intellektual oyunların ixtiraları bütövlükdə və geniş mənada Azərbaycanda idman elminin uğurudur. Yəqin ki, əsil dəyəri bizdə idman tarixini tədqiq edən mütəxəssislərimiz tədqiqat apara raq verəcəkdir.


Məlumdur ki, şahmat üzrə yarışlarda uşaqlar yalnız 8 yaşından içtirak edə bilər. Həmin yaşadək olan uşaqların yarışlarındakı boşluğu doldurmağa real imkan yaradılmışdır. Uşaq oyun dəstlərinin və oyun qaydalarının, istehsalının sadəliyi, məşqlərin və yarışların keçirilməsinin xüsusi şərait və avadanlıq tələb etməməsi işi xeyli dərəcədə yüngülləşdirir. 3-7 yaş arası uşaqların yarışlarını təşkil etmək çətinlik yaratmaz. 5 və daha yuxarı yaşlı uşaqlar sadə görünməyən oyunlara, məsələn, uşaq nərd oyunları və digərləri üzrə istənilən miqyaslı yarışlara qatıla bilər.
 Niyə məhz 5 yaş?
Mütəxəssislərin rəyinə görə məhz bu yaşda uşaqların diqqəti daha möhkəm, dayanıqlı və ixtiyari  olur. Onlarda proqnozlaşdırma  və düşüncənin görüntü təsir funksiyası inkişaf edir. Bu keyfiyyətlər isə artıq nisbətən asan olmayan tapşırıqları həll etməyə imkan verir. Azyaşlılara isə nisbətən asan olan oyunları təklif etmək olar. Belə oyunlarla uşaqlar bəzi faydalı vərdişlərini inkişaf etdirə bilər. Məsələn, diqqətliliyi, xəyalında çanlandırmanı, müqayisə etməyi, fərqli və oxşar olanları tapmağı, tez anlamanı, məntiqi. Təbii ki, bu sayaq oyunlar geniş mənada uşaqların intellektual, eləcə də fiziki aktivlik fəaliyyətini inkişaf etdirir. Deməli, bu oyunları uşaq bağçalarında, məktəbəqədər təhsil müəssisələrdə, ibtidai siniflərdə təbiq etmək faydalı olardı.
Unutmaq olmaz ki, belə oyunlar uşaqların kiçik motorıkasına da müsbət təsir edir. Kiçik motorıka, başqa sözlə cəldlik deyiləndə uşağın əzələ, sümük və əsəb sisteminin koordinasiya olunmuş fəaliyyəti nəzərdə tutulur. Məsələn, konkret olaraq yaradılmış oyunlar diqqət, düşüncə və barmaqlarla hərəkət tələb edən oyunlar olduğundan uşaqlarda görmə sistemi, düşüncə və əl barmaqlrı ilə dəqiq hərəkət edilməsinin əlaqələndirilməsinə, uyğunlaşdırılmasına yaxşı təsir edir.

***
2016-ci ildə İlham Əliyev cənablarına qəzet vasitəsilə yol xəritəsi adlandırılan tərzdə açıq məktub ünvanladım. Belə materialın Cənab Prezidentə çatdırılacağına ümid böyük idi. Çünki Azərbaycanda idman oyunları yaradılması və respublikamızın de-fakto ölkə olması onun da maraq dairəsinə daxildir. Təbii ki, çatdırılaçağı təqdirdə lazımi tədbir görüləcəyinə də ümid böyük idi. Bundan sonra da səbir və təmkinlə oyunlardan biri, yəni cənab Prezidentin üstünlük verdiyi oyun  üzrə yarış keçiriləcəyi və Azərbaycanın idman dünyasına oyun vermiş de-fakto ölkə kimi daxil olacağı günü gözləmişəm.
Nəhayət bu ildə, yəni yaradılmış oyunlara ilk patent verilməsinin 25-ci il dönümündə oyunlar haqda bir daha respublika mətbuatında məqalələr dərc etdirmək , məlumat yaymaq qərarına gəldim. Böyük ümidlə düşündüm ki, yəqin bu dəfə cənab Prezidentə istədiyi oyunların bir neçəsinin yaradıldığı haqqında məlumat veriləcəkdir. Cənab Prezident də hansı oyun üzrə yarışın ilk olaraq keçiriləçəyi, daha sonra isə hansı ardıcıllıqla oyunlar üzrə yarışların keçiriləçəyi seçimini edəcəkdir. Bu dəfə məqalələr Azərbaycan Milli Olimpiya Komitəsinin “Olimpiya dünyası” qəzetində dərc olundu. 6 (altı) oyun dəsti və onlarda oynanılacaq oyunlar haqda ayrı-ayrılıqda yazılar dərc olundu, şəkillər verildi. Böyüklər üçün  hazırlanmış İlk 3 (üç ) oyun haqqında məqalələr qəzetin 4-10 mart, 18-24 mart, 8-14 aprel 2025-ci il tarixli saylarında dərc edilmişdir. Bu oyunlardan biri üzrə yarış təşkil edəçəyimiz halda Azərbaycan İdman aləminə idman oyunu vermiş de-fakto ölkə kimi tarixə düşəcəkdir. Lakin bizim İdman aləminə ikinci və üçüncü dəst oyunları vermək imkanımız da realdır. Bu halda isə tarixdə ilk olaraq Azərbaycan İdman aləminə 2 (iki), daha sonra 3 (üç) oyun vermiş de-fakto ölkə kimi tarixə yazılacaqdır.
Uşaq oyunları haqqında isə yazılar qəzetin 15-21 aprel, 29 aprel-5 may, 13-19 may 2025-ci il tarixli saylarında verildi. Bu oyunlardan biri üzrə yarış təşkil edəçəyimiz halda Azərbaycan İdman aləminə uşaq idman oyunu vermiş ilk de-fakto ölkə kimi tarixə düşəcəkdir. Biz fəallıq göstərəcəyimiz halda isə idman aləminə 2 ( iki) və sonra da 3 (üç) oyun vermiş de-fakto ilk ölkə olacağıq. Bu dərəcədə fərqlənməyimizdən ötrü praktiki imkanlarımız da realdır. Hər bir vətəndaşımız belə uğurla sonsuz fərəh hissi keçirə bilər.
Belə nüfuzlu idman qəzetində məqalələr dərc etdirməklə oyunlar haqqında məlumatın İlham Əliyev cənablarına nəhayət ki, çatdırılacağına böyük ümid bəslənmişdir. Cənab Prezidentə istəyinin – idman oyunları ixtira edilməsi kimi xoş xəbərin çatdırılacağı təqdirdə hansı oyun üzrə birinci, hansılar üzrə isə sonrakı ardıcıllıqla yarışlar keçiriləcəyi aydınlaşacaqdır. İxtiraçı olaraq mən də zəhmətimin nəticəsini görməklə özümü xoşbəxt hiss edəcəyəm. İlham Əliyev cənablarının prezident seçilməsindən ötən 22 ( iyirmi iki) il ərzində məhz bu günü təmkinlə və ümidlə gözləmişəmMənim İlk patenti aldığımdan isə ötmüş 25 il ərzində də beləcə təmkinlə və ümidlə gözləmişəm ki, Azərbaycanın beynəlxalq aləmdə yeni imic qazanmasından ötrü edilmiş ixtiraların tətbiqi məsələsinə kimlərsə nüfuzlu diqqətini yönəldəcəkdir.


Məqsədyönlü fəaliyyəti davam etdirmək üçün İxtiraların müəllifi olaraq daha nələr edə bilərdim? “Olimpiya dünyası” qəzetində məqalələrin dərcindən aylar ötdü. Nə yaxşı, nə də yaxşı olmayan reaksiya yox idi. Prezident Administrasiyası Gənclər siyasəti və idman işləri şöbəsinin müdirinə ünvanladığım məktubda xahiş etdim ki, biz birlikdə cənab Prezidentə istədiyi yeniliklər, yəni oyunların ixtiraları haqqında müraciət edək. Şöbənin əməkdaşı telefonla mənə bildirdi ki, yarışların təşkili ilə Gənclər və İdman Nazirliyi məşğul olduğundan oraya müraciət etmək münasib olacaqdır. Nazir isə nazirliyin əməkdaşlarından ibarət böyük heyətlə məni qəbul etdi və birlikdə Cənab Prezidentə istəyinə uyğun ixtiralar haqqında məlumat verilməsi haqda xahişimi dinlədi. Lakin bildirdi ki, hal-hazırda digər işləri olduğundan oyunlarla sonra tanış olacaqdır. Bu münasibətlə mən dəvət olunacağam.

 20 gündən sonra nazirliyin idman şöbəsi müdiri müavininin imzası ilə məktub aldım. Yazılmışdı ki, mənim ərizəmə baxılmaq və araşdırmaq üçün ictimai qurum rəhbərinə, yəni Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidentinə göndərilib. Xahiş edilib ki, müraciətə baxılsın və müəllifə məlumat verilsin. Aylar cavabsız ötdü və bununla da məsələyə nazirlik-assosiasiya birliyi vasitəsilə  bəlkə də  son qoyulduğu, həmişəyaşar oyunlarımızın diri-diri dəfn olunduğu güman edilir. Idman nazirimizin doğma oyunlarımıza qarşı göstərdiyi  qaydasız döyüşünün  məhvedici olmasına imkan verilməyəcək. Yəqin ki, xarici KİV- də nazirin bu əməli haqda məlumat yayılacaqdır və o,  digər ölkələrin idman nazirlərindən fərqlənəçəkdir.    
 Xatırlamaq yerinə düşər ki, Mərkəzi Avropadan olan türk macar qardaşlarımızın göstərdikləri nümunə gözəl və ibrətamizdir. Riyaziyyatdan dərs demiş Enrö Rubikin riyazi nəzəriyyənin tələbələrə asanlıqla başa salınması məqsədiylə hazırladığı kubiki idman oyunuı fiquruna çevirmələri  nədən xəbər verir və nəyə səbəb oldu? Təbii ki, vətənə olan hörmətdən xəbır verir. İlk üç il ərzində 100 milyondan çox fiqurun satısına, Macarıstanın İdman aləminə intelektual oyun vermiş de-fakto ölkə adına layiq görülməsinə səbəb oldu . Sonrakı illərdə isə paytaxt Budapeştdə kubikə qoyulmuş abidə hər il əlavə olaraq milyonlarla turistin bu şəhərə gəlişinə səbəb olmuşdur. İndiyədək isə artıq bir neçə ölkədə istehsal edilmiş  400 milyondan çox kubikin satışı reallaşmışdır.
İndi növbə bizim – Avroasiya türklərinindir. Lakin bizim oyunlarımızın sayı çox olduğundan gəlirimizin də qat-qat artıq olacağını proqnozlaşdıra bilərik. Həmçinin bizim oyunlarımız məhz idman oyunları kimi yaradılmışdır. Yaxın illərdə biz də macarların bacardıqlarına nail ola bilərik, həm də qat-qat artıqlaması ilə. Eyni zamanda idman şəhəri olan gözəl Bakımızı həmin oyunlara görə bir neçə nominasiyada Ginnesin Rekordlar Kitabına salmaq mümkün olacaqdır. Paytaxtımız yeni oyunlar üzrə beynəlxalq yarışların keçiriləcəyi mərkəzə çevrilmək imkanına malikdir.
Bu qədər gözəl və xeyirli olanları bizim etməyə qadir olduğumuz təqdirdə, lakin etməyəcəyimiz halda isə təbii ki, vətənpərvər əcnəbilər öz doğma ölkələrində edə bilər. Bizim layıq olduğumuz və bacara biləcəyimiz, ədalət xatirinə məhz bizə qismət olası xeyirli və gözəl hər şeyi də əcnəbilər mənimsəyə bilər. Bunları etməyə biz qadir ikən, bəs niyə belə real imkanı əcnəbilərə verək?
 Rəsul RƏXŞANLI,

 kimya üzrə fəlsəfə doktoru,

Elm nominasiyası üzrə iki dəfə Humay Milli Mükafatı laureatı

(Xüsusi olaraq “Təzadlar” üçün)

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!