PAŞİNYAN COVİD-Ə YOLUXUB

Oxunma sayı: 78

Bu gün – dekabrın 25-də Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, COVID-19 üçün test müsbət çıxdığına görə o, Sankt-Peterburqda keçiriləcək MDB-nin qeyri-rəsmi sammitində iştirak edə bilməyəcək.

“Bazar ertəsi, dekabrın 23-də məndə müsbət COVID diaqnozu var idi, mən MDB ölkələri liderlərinin qeyri-rəsmi sammitində iştirak etməyəcəyəm”, – Ermənistanın baş naziri Facebook səhifəsində yazıb.

Tezadlar.az-ın məlumatına görə, bundan əlavə, Paşinyan qeyd edib ki, o, yəqin ki, Avrasiya İqtisadi İttifaqının (Aİİ) Ali İqtisadi Şurasının cümə axşamı, dekabrın 26-da keçiriləcək iclasında iştirak edə bilməyəcək.

Ermənistanın baş naziri onun bu tədbirdə iştirakı ilə bağlı qərarın günün sonuna qədər veriləcəyini bildirib.

E.ŞİRİNOV

Xəbəri paylaş