Əsas məzmuna keç

PAKİSTAN İRANI DOST HESAB ETDİYİNİ BİLDİRİB

İslamabad Tehranı özünün dostu hesab edir və gərginliyin daha da artmasını istəmir.

Tezadlar.az xəbər verir ki, bunu Pakistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mümtaz Zəhra Bəluç deyib.

“Biz dəfələrlə demişik ki, İran bizim dostumuzdur. Biz eskalasiya istəmirik və onlardan eşitdiklərimizə görə, onlar da istəmirlər”, – o, telefonla Bloomberg-ə deyib.

Xatırladaq ki, yanvarın 16-da İranın “Tasnim” agentliyi İran Silahlı Qüvvələrinin Pakistan ərazisində “Ceyş əl-Zolm” terror qruplaşmasının iki qərargahına zərbələr endirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…