Əsas məzmuna keç

Pakistan–İran xətti aktivləşdi

Pakistanın Baş naziri Şahbaz Şərif və İran Prezidenti Məsud Pezeşkian Yaxın Şərqdə vəziyyətin inkişafını müzakirə edib və diplomatik dialoqu davam etdirmək niyyətini bildiriblər.

Tezadlar.az xəbər verir ki, bu barədə Şahbaz Şərif “X” sosial şəbəkəsində yazıb.

“Bu gün İran Prezidenti Məsud Pezeşkian ilə danışdım. Biz inkişaf edən regional vəziyyətlə bağlı fikir mübadiləsi apardıq, daimi dialoq və diplomatik əlaqələrin regionumuzda sülh, təhlükəsizlik və inkişaf üçün həyati əhəmiyyət kəsb etdiyi barədə razılığa gəldik”, – o qeyd edib.

Baş nazir, həmçinin yüksək səviyyəli müntəzəm görüşlər və institusional əməkdaşlıq vasitəsilə iki ölkə arasında qardaşlıq əlaqələrinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…