Əsas məzmuna keç

PAPA XƏSTƏLİYƏ GÖRƏ GÖRÜŞLƏRİ LƏĞV EDİB

Papa yüngül xəstəliyə görə görüşləri ləğv edib. Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin rəhbəri Matteo Bruni məlumat verib.

Bruninin sözlərinə görə, pontifikdə yüngül qripə yoluxduğu üçün görüşlər ləğv edilib. Şənbə günü o, Qvineya-Bisau Respublikasının prezidenti Oumaru Sissoku Embalo ilə görüşməli idi.

Bundan əvvəl Roma Papası Moskva və Bütün Rusiyanın Patriarxı Kirili Birləşmiş Ərəb Əmirliklərinə görüşə dəvət edib. “İqlim dəyişikliyi” mövzusunda görüş dekabrın 1-3-də baş tutacaq.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…