Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
6 Avqust 2025 / 16:30

Papik və Tatikin abidəsi kimə lazımdır?

Ötən həftə Xankəndidə erməni rəssam Hovannes Ayvazyanın separatçılar tərəfindən qoyulan heykəli yığışdırıldı və Azərbaycana qarşı nifrət ideologiyası yayan gorbagorun ölkəmizdə izi-tozu da qalmadı.
• Ancaq, Qarabağda ermənilərə aid hələ də bir sıra abidə, memorial kompeks, yabançı və saxta irs qalmaqdadır. Onlardan biri Xankəndinin girəcəyində yerləşən “Nənə və Baba” (“Biz və bizim dağlar”) abidəsidir.
• Bu abidənin uydurma erməni soyqırımının şərəfinə ucaldılması sirr deyil. Sovet hökuməti kompleski guya Qarabağda yaşayan ermənilərin uzunömürlülüyünün simvolu kimi əbədiləşdirib, ancaq əsil niyyət başqa olub.
• Heykəlin müəllifi heykəltəraş Sarkis Baqdasaryan 1964-cü ildə SSRİ nümayəndə heyətinin tərkibində İtaliyada sərgidə iştirak edərkən erməni “Daşnaksütyun Partiyası” və “ASALA” nümayəndələri ona Qarabağda “milli azadlıq hərəkatı” başlatmağı təklif edir və ideoloji ssenari verirlər.
• Baqdasaryan 1967-ci ildə layihəni SSRİ hökumətinə təqdim edərəkən “Papik və Tatik” ( Nənə və Baba) adlı eskizdə heykəlin üzünün Ermənistana, arxasının isə Azərbaycana bağlı formasını təsvir etdirir. Bunun mənası isə “bizi özünüzə birləşdirin” simvolizə edirdi.
• Çox təəssüf ki, Azərbaycan Mərkəzi Komitəsi o dövrdə bu məkrli planın qarşısı ala bilmir, üstəlik abidə Azərbaycanın büdcəsindən ayrılmış vəsait hesabına inşa olunur.
• Abidənin tikintisi zamanı isə həmin ərazidə böyük akasiya meşəsi tamamilə qırılıb.
• Göründüyü kimi “planetin uzunömürlüləri” adı altında üstüörütülü torpaq iddiası və siyasi-ideoloji təşviqat aparılırdı.
• Dünyada uzunömürlülərin (100-150 yaş) sırasına baxsaq, erməni tapa bilmərik, azərbaycanlılar isə saysız-hesabsızdır. Qarabağda, əzəi torpaqlarımız olan Göyçədə, Zəngəzurda ən uzunömürül insanlar azaərbaycanlılar olub. Ötən əsrin əvvəllərinə qədər İrəvanda yaşayan azərbaycanlıların orta ömür yaşı 105-dən az olmayıb. Şuşada 110 yaşdan yuxarı olan azərbaycanlıların sayı 100-dən çox idi. Şuşanın ən uzunömürlü şəxslərindən Sənəm Allahverdiyeva 130, Cabbar Çobanov 125, Məşədi Pəncəli Əli 125, Ağalar Babayev, Nəsib Çobanov, İsa Qasımov, Səkinə Abbasova 120 il ömür sürüblər.
• Əgər keçmiş SSRİ həqiqətən də uzunömürlülərin xatirəsini əbədiləşdirmək istəsəydi ən birinci Şuşalılarn xatirəsinə abidə qoyardı.
• Bu,bir daha onu göstərir ki, Xankəndidəki bu qondarma kompleksdən siyasi məqsəd kimi istifadə edilib.
• 2009-cu il Avroviziya Mahnı Müsabiqəsi zamanı Ermənistan təmsilçisinin təqdimat klipində “Biz və bizim dağlar” abidəsi də yer alırdı.
• Dəfələrlə erməniəsilli xarici musiqiçilər öz mahnılarındakı kliplərdə bu abidəni simvolaşdırıblar.
• Ona görə də hesab edirəm ki, azərbaycan xalqının milli genetik irsinə qarşı zidd olan belə bir saxtakar tikili dərhal sökülməlidir.
• Bu ərazi yenidən abadlaşdırılmalı, yeni meşə salınmalı, Qarabağ Xanının abidəsi ucaldılmalıdır.

Vaqif ABDULLAYEV,

Professor

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!