Əsas məzmuna keç

Papua – Yeni Qvineyada 6,4 Maqnitudalı Zəlzələ Qeydə Alınıb

Papua – Yeni Qvineyanın sahillərində 6,4 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 1,6 min nəfər əhalisi olan Anqoram şəhərindən 94 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 25 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…