Əsas məzmuna keç

Paraşutçu ağacda ilişərək faciəvi şəkildə həlak oldu

Kabardin-Balkariyada dərədə paraplanla uçan şəxs qəzaya uğrayaraq həlak olub.

Tezadlar.az Rusiya KİV-ə istinadla bildirir ki, onun cəsədi yamacdakı ağacda ilişib və təxminən bir sutka orada qalıb.

Məlumata görə, Çerek dərəsində ağacda ilişib qalmış paraşüt barədə xilasedicilərə bir gün əvvəl məlumat daxil olub. Hadisə yerinə gələn xilasedicilər Sverdlovsk vilayətindən olan 69 yaşlı paraplançının cəsədini aşkarlayıblar. Xilasedicilər çatanda o artıq ölü olub.

Məlumata görə, onun cəsədi ölümündən bir gün sonra ərazidən təxliyə edilib. Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…