6 Yanvar 2023 / 09:49

PARİS QƏRB ÖLKƏLƏRİNİ BUNA GÖRƏ İTTİHAM EDİB

Parisdə yerləşən “Geopragma” analitik mərkəzinin rəhbəri Karolin Qalakteros TASS-a bildirib ki, Qərb ölkələri Ukraynada mövcud nasist əhval-ruhiyyəsinə məhəl qoymur.

“Təəssüf ki, Avropada onlar Ukraynada nasist əhval-ruhiyyəsinin mövcudluğuna və Rus Pravoslav Kilsəsinin təqiblərinə göz yumurlar, çünki bunu Rusiyaya qarşı müxalifətdən daha az vacib hesab edirlər”, – o deyib.

K.Qalakteros əlavə edib ki, indiki şəraitdə az adam Kiyev hakimiyyətini ayıq şəkildə qiymətləndirməyə və onların ukraynalıların əksəriyyətini təmsil etmədiklərini və “şübhəli ideoloji meyllərə” malik olduqlarını etiraf etməyə hazırdır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!