Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 May 2024 / 10:08

PARLAMENT XARİCİ AGENTLƏR HAQQINDA QANUNA VETONUN LƏĞVİ PROSEDURUNA BAŞLAYACAQ

Mayın 27-də Gürcüstan parlamenti prezident Salome Zurabişvilinin xarici agentlər haqqında qanuna vetosunu ləğv etmək proseduruna başlayacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə Gürcüstanın qanunverici orqanının saytında deyilir.

O cümlədən, bu gün yerli vaxtla saat 09:00-da (Moskva vaxtı ilə 08:00) Parlamentin Hüquq Məsələləri Komitəsinin iclası nəzərdə tutulub. Komitənin müzakirə etməli olduğu ilk məsələ prezidentin xarici agentlər haqqında qanuna veto qoymasıdır. Komitə vetonun ləğvini təsdiqləsə, məsələ mayın 28-də plenar iclasa çıxarılacaq.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!