19 Dekabr 2024 / 16:41

PAŞİNYAN ERMƏNİSTANIN AZƏRBAYCANA HÜCUM ETMƏK NİYYƏTİNİ TƏKZİB EDİB

Ermənistanın Azərbaycana hücum etmək niyyəti yoxdur.

Tezadlar.az xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan “Armenpress”ə müsahibəsində deyib.

O, Cənubi Qafqaz regionunda mümkün eskalasiya ilə bağlı sualı belə cavablandırıb. “Əgər Azərbaycanın Ermənistana hücum etmək niyyəti yoxdursa, o zaman regionda eskalasiya ehtimalı sıfıra bərabərdir”, – Ermənistanın baş naziri bildirib.

Paşinyan qeyd edib ki, İrəvanın Azərbaycana hücum siyasətində heç bir məqsədi yoxdur.

Bundan əvvəl Nikol Paşinyan Ermənistan rəhbərliyinin Bakı ilə sülh sazişi imzaladıqdan sonra beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddialarını geri götürməyə hazır olduğunu bəyan edib. Onun sözlərinə görə, sazişin özü işlənmənin son mərhələsindədir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!