PAŞİNYAN VİDEOBAĞLANTI VASİTƏSİLƏ Aİİ SAMMİTİNDƏ İŞTİRAK ETMƏK NİYYƏTİNDƏDİR

Oxunma sayı: 37

Koronavirusa yoluxmuş Ermənistanın baş naziri Nikol Paşinyan videobağlantı vasitəsilə Leninqrad vilayətində keçiriləcək Aİİ sammitində iştirak etməyi planlaşdırır.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS-a sammitdəki mənbə bildirib.

“Paşinyanın videobağlantı vasitəsilə iştirakı gözlənilir”, – agentliyin həmsöhbəti bildirib.

Dünən Ermənistanın baş naziri yenidən koronavirus testinin müsbət çıxdığını, buna görə də məhdudiyyətlərlə işləyəcəyini açıqlamışdı. Bundan əvvəl Paşinyan koronavirus testinin müsbət çıxması səbəbindən dünən Leninqrad vilayətində keçiriləcək MDB-nin qeyri-rəsmi sammitinə getməkdən imtina etmişdi.

E.ŞİRİNOV

Xəbəri paylaş

30 Aprel