2 Avqust 2023 / 05:21

PAŞİNYANIN “QONAĞI” ƏLƏ KEÇİRİLDİ-GÜLMƏLİ

Avqustun 1-i saat 20:45 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus “DJI Mavic 3” kvadrokopteri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətindən

qaldırılaraq Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.

Tezadlar.az Müdafiə Nazirliyinin saytına istinadla bildirir ki, Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində aşkar edilən kvadrokopter xüsusi texniki vasitələrlə endirilərək ələ keçirilib.

Bu da Paşinyanın qondarma görücü dronu… Ayaq tutdu, amma yerimədi… Elə Ermənistanın yalanları da ayaq tutur, amma yerimir. Çünki qanadsız və ayaqsızdır… Ən vacibi, saxtadır…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!