Əsas məzmuna keç

Paşinyan 250 dollara baraban çalmaq öyrəndi – indi yaratdığı kollektivinə milyonlar ayrılır…

Ermənistanın Baş naziri Nikol Paşinyanın baraban ifa etdiyi “Varchabend” musiqi kollektivinə 1 milyon 337 min dollar ayrıla bilər.

Tezadlar.az  Ermənistan mediasına istinadən xəbər verir ki, qrupun gələn il müxtəlif tədbirlərdə çıxış etməsi üçün Ermənistan büdcəsindən 482 milyon dram (1,3 milyon dollar) vəsait nəzərdə tutulması iddia olunur.

Məsələ Ermənistanın 2027-ci il dövlət büdcəsinin müzakirələri fonunda diqqət çəkib.

Belə ki, 2027-ci il üçün Ermənistan Baş nazirinin Aparatının ümumi büdcəsi 24 milyard 250 milyon 396 min dram (təxminən 67,3 milyon ABŞ dolları) təşkil edəcək.

Bildirilib ki, Ermənistan Baş nazirinin Aparatının saxlanılması və fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan vəsait çərçivəsində “Varchabend” kollektivi üçün də vəsait ayrılması da planlaşdırılır.

Bundan əvvəl müxalif deputat Edqar Qazaryan Baş nazir Aparatının rəhbəri Lilit Makuntsdan musiqi kollektivinin fəaliyyətinə büdcədən vəsait ayrılıb-ayrılmadığını və üzvlərə ödənilən qonorarları soruşub. Lilit Makunts konkret məbləğ açıqlamayıb və deputata yazılı sorğu göndərməyi təklif edib.

Xatırladaq ki, ilin əvvəlində “Vətəndaş Müqaviləsi Partiyası”  “Varchabend”in konsertinə nə qədər pul xərcləndiyini açıqlamışdı.

Ermənistan mətbuatının məlumatına görə, bu ildən baraban çalmağa başlayan və öz qrupunu yaradan Ermənistanın baş naziri Nikol Paşinyanın iştirak etdiyi diskoteka hakim “Vətəndaş Müqaviləsi Partiyası” üçün baha başa gəlib.

“Varchabend”in çıxışı 30 yanvarda Palladium Hall restoranında baş tutub və partiya büdcəsinə 8,5 milyon dram (təxminən 22.300 dollar) başa gəlib, – deyə Vətəndaş Müqaviləsi Şurasının sədr müavini Vaaqn Aleksanyan mətbuata bildirmişdi.

Qeyd edək ki, Nikol Paşinyan əvvəllər baraban çalmağı öyrənməyə bir neçə ay sərf etdiyini və öz qrupunu – “Varchabend”i (qrupun adı erməni dilində “premier” və “band” sözlərinin ilk iki hecasının birləşməsindən ibarətdir) yaratdığını bildirib.

Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə o, kurs üçün cəmi 250 dollar ödəyərək onlayn platforma vasitəsilə zərb alətlərində çalmağı öyrəndiyini bildirib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…