Ermənistanın Baş nazir Nikol Paşinyan Azərbaycandan neft məhsulları daşıyan qatarın ölkə ərazisinə daxil olmasının görüntülərini paylaşıb. Tezadlar.az xəbər verir ki, Paşinyan bu görüntüləri sosial şəbəkələrdəki səhifəsində paylaşıb. O paylaşımında yazıb: “Sülh indi reallıq olub”. Qeyd edək ki, ümumi həcmi təxminən 1,3 min ton olan Azərbaycan mənşəli “Aİ-95” markalı benzinlə yüklənmiş 22 sistern vaqondan ibarət qatar Gürcüstan vasitəsilə Ermənistana çatdırılıb. Azərbaycan neft məhsullarının Ermənistana ixracı kommersiya xarakterlidir.
Paşinyan Azərbaycan neft məhsulları daşıyan qatarın görüntülərini paylaşıb






