Əsas məzmuna keç

Paşinyan: Azərbaycan və Ermənistan Vaşinqtonda bir daha ərazi bütövlüyünü tanıyıb

“Obyektiv reallıq da var, subyektiv təsəvvürlər də. Obyektiv reallıq ondan ibarətdir ki, Ermənistan və Azərbaycan Vaşinqtonda bir daha bir-birinin ərazi bütövlüyünü, suverenliyini, yurisdiksiyasını və sərhədlərinin toxunulmazlığını tanıyıb”.

“Tezadlar” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Assambleyada hökumət saatı zamanı deyib.

Paşinyan Amerika lideri Donald Trampın təşəbbüsü ilə irəli sürülən TRIPP marşrutunun ikitərəfli müzakirə mövzusu olduğunu da bildirib.

“İstisna etmirəm ki, obyektiv və subyektiv amillərə əsaslanan bu ad (“Zəngəzur dəhlizi”) Azərbaycanda o qədər məşhurlaşıb ki, orada istənilən, o cümlədən “Tramp marşrutu” ilə sinxronlaşdırılmalı olan infrastruktur məhz belə adlandırılıb”, – Paşinyan əlavə edib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…