Əsas məzmuna keç

Paşinyan: Azərbaycanla minatəmizləmə sahəsində əməkdaşlığı dərinləşdirməyə hazırıq

Ermənistan Azərbaycanla minatəmizləmə sahəsində əməkdaşlığı davam etdirməyə və dərinləşdirməyə hazırdır.

Tezadlar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışında bildirib.

Baş nazir, həmçinin bir neçə min itkin şəxsin taleyinin aydınlaşdırılmasını həllini gözləyən məsələlərdən biri adlandırıb və bu istiqamətdə Azərbaycanla əməkdaşlıq barədə razılıq əldə olunduğunu deyib.

Paşinyan Azərbaycan və Ermənistan arasında sülhün möhkəmləndirilməsinin və onun institusional əsaslarının gücləndirilməsinin tərəflər arasında əməkdaşlığın əsas istiqamətinə çevrilməli olduğunu vurğulayıb.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…